Atəşkəs yenidən pozulub
Ermənistanın silahlı bölmələri iyunun 13-ü saat 08.00-dan bu gün səhər saat 08.00-dək olan vaxt ərzində Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Gülüstan kəndi yaxınlığında, Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaraxanbəyli, Horadiz, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun Şıxlar, Cəvahirli və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə