XİN: “Ermənistan cəbhə xəttində baş verənlərə görə tam məsuliyyət daşıyır” - AÇIQLAMA
Azərbaycan dövlətinin hazırda öz ərazi bütövlüyünü bərpa etməyə qanuni haqqı və bütün imkanları var. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev deyib. O, bildirib ki, rəsmi Bakı insanlığa qarşı cinayət törətmiş günahkarlara ədalətli cəzanın verilməsinə nail olacaq.
Təmas xəttində baş verən son insidentlərə münasibət bildirən E.Abdullayev bildirib ki, Ermənistan rəhbərliyinin destruktiv fəaliyyəti sayəsində region münaqişə zonasına çevrilib ki, bu da regionun çiçəklənməsinə mane olur: "Ermənistan rəhbərliyi cəbhə xəttində gənc hərbçilərin ölümünə görə tam məsuliyyət daşıyır. Ermənistan rəhbərliyi təxribat və əsassız bəyanatlarla keçmiş cinayətlərini gizlədə və ya əməllərinə haqq qazandıra biləcəklərini düşünürlərsə, səhv edirlər".
E.Abdullayev hesab edir ki, Ermənistanın uzun illərdir beynəlxalq hüquqa laqeydliyi və beynəlxalq təşkilatların qəbul etdiyi sənəd və qətnamələrə məhəl qoymaması dünya ictimaiyyətinin reaksiya və ittihamından kənarda qala bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB