Zahid Oruc: \"Cəbhə bölgəsində atəşkəs rejiminin pozulması geopolitik məsələdir\"

Zahid Oruc: \"Cəbhə bölgəsində atəşkəs rejiminin pozulması geopolitik məsələdir\"

Ermənistanın son zamanlar atəşkəsi davamlı pozması bu ölkənin daxilində yaranmış vəziyyət və erməni xalqını Serj Sarkisyandan daha çox asılı etmək üçün atılan addım deyil. Bu geopolitik məsələdir". Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

O qeyd edib ki, bu insidentlər Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Avrasiya İttiafqına daxil olmağa məcbur etməyə yönəlmiş addımdır. "Atəşkəsin tez- tez pozulmasının Hillari Klintonun bölgəyə səfəri zamanı baş verməsi ABŞ-ın maraqlarına da ziddir. Bu o deməkdir ki, Qarabağ müharibəsi yenidən alovlansa, neft müqavilələrinin əleyhinə işləyəcək, sabitlik təhlükə altına alınacaq. Heç şübhəsiz ki, bu Azərbaycanın maraqlarına zidd olduğu kimi ABŞ və Avropa ölkələrinin də maraqlarına ziddir. Ona görə də onlar yalnız siyasi bəyanatlarla kifayətlənməməlidirlər. Ermənistanın bu addımına kəskin reaksiya verməlidirlər. Necə ki, Suriya üzərində beynəlxalq koalisiyalar formalaşdırılır",-deyə Z.Oruc vurğulayıb. O deyib ki, son hadisələrdən beynəlxalq aləm istifadə edib Azərbaycanı müdafiə etməldir. "Xüsusən də Azərbaycan və Türkiyə arasında hərbi məsləhətləşmələr başlamalıdır, hərbi addımlar atılmalıdır", -deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə