Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA-nın xəbərinə görə, temperatur gecə 17-21° isti, gündüz 25-30° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 757 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-85 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22° isti olacaq.

Rayonların tempraturuna gəlincə, Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur. Temperaturun gecə 14-19° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21°, gündüz 28-33° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacağı gözlənilir. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 16-21°, gündüz 30-35° isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturun gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə