Millət vəkili: “NATO-dan daha çox dəstək gözləyirik” - MÖVQE

Millət vəkili: “NATO-dan daha çox dəstək gözləyirik” - MÖVQE

"NATO-nun Çikaqo sammiti Azərbaycan üçün çox əhəmiyyətli olub. NATO-nun Qarabağ proseslərində əyani olaraq gəlib bizim coğrafiyadakı hərbi əməliyyatlarda iştirak etməsini gözləmirik. Fikrimcə, bu, doğru da olmazdı. Lakin ən azı təhlükəsizlik sənədlərində Azərbaycanla bağlı birmənalı mövqe istəyirik". Bunu SİA-ya açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, bu öz-özlüyündə danışıqlar prosesinə təsir göstərir və Ermənistanın təbliğat resursunu azaldır. Millət vəkili hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü prinsipinin ATƏT-dən və digər qrumlardan fərqli olaraq burada birmənalı şəkildə öz əksini tapması, öz müqəddəratını təyinetmə və digər məqamlarının burada yer almaması NATO-nun gələcək konsepsiyasında və strategiyasında Cənubi Qafqaz problemlərinin ön mövqeyə keçəcəyinə ümid verir.

"Nəzərə alsaq ki, Əfqanıstandan 2014-cü ildə NATO öz qüvvələrini çıxarması ilə həmin qüvvələrin qaynar konfliktlərin həllində iştirak etməsinə şərait yaradacaq. Azərbaycan bu beynəlxalq münaqişələrin həllini gözləyir ki, nəhayət öz növbəsi çatsın və faktiki olaraq bu məsələnin həllinin dövrü və zamanı gəlsin. Çünki regionda İrana qarşı artan təyziqlər fonunda Azərbaycan bunu öz üzərində hiss edir. İran beynəlxalq reaksiyalar fonunda Azərbaycanda Qərbi, İsraili, Amerikanı axtarmaqla bizim maraqlarımıza zərbə vurur. Hesab edirəm ki, NATO bu məqamları nəzərə alaraq Azərbaycanın yanında olmaldır. Buna görə də dünəndən etibarən daha artıq dərəcədə NATO-dan dəstək gözləyirik", - deyə millət vəkili əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə