Ermənistan prezidenti cinayətkar və küçə avtoritetləri ilə bir masada - FAKT

Ermənistan prezidenti cinayətkar və küçə avtoritetləri ilə bir masada - FAKT

Ermənistan prezidenti Serj Sarkisyan cinayətkar və küçə avtoritetləri ilə bir masaya əyləşir. SİA-nın verdiyi məlumata görə, Ermənistan mətbuatı bu barədə danılmaz faktları dərc edib. Xəbərdə deyilir ki, son vaxtlar Serj Sarkisyan ad günləri, toy və xaç suyuna çəkilmə kimi "el şənlikləri"nə qoşulmağa, bir növ, adət edib. Prezident şənliklərə o qədər aludə olub ki, hətta kimin tədbirində iştirak etdiyinin də fərqində deyil.

"Joxovurd" qəzetinin verdiyi məlumata görə, iyunun 2-də S.Sarkisyan "Ocaq" restoranında kiçik kürəkəninin qardaşının toyunda iştirak edib. "Bəy" "yaxşı oğlan"lardan biri sayılan "Açaki Qaqo" restoranının sahibinin qızı ilə evlənib. Məsələ ondadır ki, bir ölkənin başçısı cinayətkar və küçə avtoritetləri ilə bir masa ətrafında əyləşib.

Bu hələ harasıdır, Sarkisyanla birgə toyda Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyan da iştirak edib. Qeyd edək ki, Sarkisyanın kürəkəni Arutyunanın doğmaca qardaşı oğludur.


Bütün xəbərlər Facebook səhifəmizdə