Rusiya prezidenti Vladimir Putin mitinqləri təşkili və keçirilməsi zamanı qanun pozuntularına yol verənlərə qarşı sərt tədbirlərin görüləcəyi barədə "qalmaqallı" qanun imzalayıb. SİA-nın verdiyi məlumata görə, Putin məhkəmə sisteminin inkişafı ilə bağlı keçirilən iclasda bu barədə açıqlama verib.
"İcazə verilmiş mitinq və yürüşlər zamanı insanlar radikallıqdan çəkinməlidirlər", - deyə Rusiya prezidenti yeni qanunu şərh edərək bildirib. Prezident həmçinin bildirib ki, yeni qanun heç də Avropa ölkələrindəki kimi sərt deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB