Bahar Muradova: \"ABŞ-ın bölgədə maraqları təmin olunmayacaq, əgər...\" - MÜNASİBƏT

"ABŞ-ın dünyada gedən proseslərdə, münaqişələrin həllində hansı rola malik olmasını geniş müzakirə etmək lazım deyil. Onların kifayət qədər imkanı var ki, bu kimi münaqişələrin həllində müəyyən təsirlər göstərsinlər. ABŞ-ın siyasi iradəsi olarsa, Dağlıq Qarabağ probleminin həllinə ciddi təsir edə bilər". SİA-nın xəbərinə görə, bunu Milli Mcəlisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfərini şərh edərkən deyib.

Vitse-spiker bildirib ki, Hillari Klintonun verdiyi bəyanatlar ABŞ-ın Dağlıq Qarabağ məsələsində müəyyən yeni yanaşmaların olduğunu deməyə əsas verdi: "Düzdür, məsələnin nədən ibarət olduğu nazirlərin Parisdə keçiriləcək görüşündə məlum olacaq. Amma görünən odur ki, vəziyyətin özü həmsədrləri bötüvlükdə və ya ayrı-ayrılıqda narahat etməyə başlayıb. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmadan ABŞ-ın bölgədə və dünyada maraqlarının təhlükəsizliyi məsələsi təmin olunmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə