İşəgötürənlərin məsuliyyəti artırıldı

Milli Məclis "Həmkarlar İttifaqı haqqında" qanuna dəyişiklik edəcək. SİA-nın xəbərinə görə, qanuna təklif olunan dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əmək haqqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin etməli və dörd iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir.

Qeyd edək ki, əlavə Milli Məclisin cümə axşamı keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...