ABŞ-ın dövlət katibi siyasi islahatlardan razı qalıb

ABŞ-ın dövlət katibi siyasi islahatlardan razı qalıb

ABŞ hökuməti Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını alqışlayır. SİA-nın xəbərinə görə, bunu ABŞ-ın ölkəmizdə səfərdə olan dövlət katibi Hillari Klinton Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, hər bir dövlət üçün vətəndaş cəmiyyətinin inkişafı çox vacibdir.

Bakıda vətəndaş cəmiyyətinin üzvləri ilə görüşdüyünü deyən H.Klinton Azərbaycanda son illər siyasi sahədə bir sıra islahatların həyata keçirildiyini deyib, lakin bu prosesin daha da gücləndirilməli olduğunu önə çəkib.

Bütün xəbərlər Facebook səhifəmizdə