Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütün Avropanın problemidir. SİA-nın azertac.com saytına istinadən verdiyi məlumata görə, bu sözləri iyunun 6-da Almaniya Bundestaqının və AŞPA-nın sabiq üzvü Eduard Lintner deyib.
E.Lintner vurğulaymb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədən Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunması mümkün deyil. Almaniya münaqişənin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həllinin tərəfdardır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və Ermənistanın silahlı qüvvələri birmənalı olaraq işğal edilmiş ərazilərdən çıxarılmalıdır.
E.Lintner Almaniya Bundestaqının qəbul etdiyi Ermənistan işğalçı qüvvələrini Dağlıq Qarabağdan çıxarmağa çağıran qətnaməsini xatırladıb. Vurğulamışdır ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması məsələsi bütün beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB