Altı yaşlı gənclər təşkilatı Prezident İlham Əliyevin siyasi xəttinə sadiqdir

"İslahatçı gənclər" İctimai Birliyinin (İB) 6 yaşı tamam olub. "İslahatçı gənclər" İB-nin sədri Fərid Şahbazlı AzərTAc-a bildirib ki, təşkilat ötən illər ərzində 500-dən artıq müxtəlif istiqamətli layihələr reallaşdıraraq, gənclər sektorunda özünəməxsus yer tuta bilib. Hazırda təşkilatın sıralarında yüzlərlə intellektual və dövlətçiliyə bağlı gənc fəaliyyət göstərir. Fəaliyyətimiz cəmiyyətin müxtəlif təbəqələri tərəfindən çox böyük etimad və diqqətlə qarşılanıb. Təsadüfi deyildir ki, bu gün Milli Məclisin deputatları, dövlət rəsmiləri və ziyalılar təşkilatımızın fəxri üzvləri sırasındadırlar.

F.Şahbazlı onu da vurğulayıb ki, onlar bütün fəaliyyətləri boyu dövlətçiliyə sədaqətli olmuş və Prezident İlham Əliyevin siyasi xəttini müdafiə ediblər. "Yolumuz və məqsədimiz aydındır. Biz Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən islahatları dəstəkləyir və bunun davamlı olmasını arzu edirik",- deyə F.Şahbazlı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...