Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığı məktubunda bildirilir: "Əlahəzrət, Doha şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın, xüsusən də uşaqların həlak olması xəbəri məni olduqca sarsıdıb. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qətər xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB