İran Azərbaycanda kimləri hədəf alıb?

İran Azərbaycanda kimləri hədəf alıb?
Iran xüsusi xidmət orqanları ABŞ-a müttəfiq 7 ölkədə terror aktları keçirməyi planlaşdırır. Qeyd edək ki, bu ölkələr arasında Azərbaycanında adı var. Məlumatı "The Washington Post" qəzeti İran xüsusi xidmət orqanlarının və bu ölkəyə bağlı terror təşkilatlarının regiondakı bir neçə ölkədə planlaşdırdıqları sui-qəsdlər bağlı ABŞ-da hazırlanmış hesabat əsasında yazıb. Qəzetin Birləşmiş Ştatlar rəsmilərinə istinadən verdiyi xəbərə görə, İranın və ona bağlı təşkilatların regiondakı ölkələrin yüksək vəzifəli və tanınmış şəxslərinə, bu ölkələrdəki xarici diplomatlara qarşı sui-qəsd hazırlanır. Qəzet həmçinin qeyd edib ki, ötən ilin noyabr ayında ABŞ-ın Azərbaycandakı səfirliyinə belə bir məlumat daxil olub. Məlumata görə, sui-qəsd ediləcəklərin siyahısında ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları var. ABŞ rəsmilərinin əldə etdikləri kəşfiyyat məlumatlarına əsasən sui-qəsdlərin bir qismi peşəkar killerlər tərəfindən səsboğucu silahlarla, bir qismi isə bomba yüklənmiş maşının partladılması ilə baş tutacaqmış. Qəzet yazır ki, ABŞ rəsmiləri hər iki sui-qəsdin məhz İran tərəfindən planlaşdırıldığını bildiriblər. Qeyd edək ki,Azərbaycan xüsusi xidmət orqanlarının ötən il və bu il keçirdikləri əməliyyatlar nəticəsində 25 nəfərdən artıq şəxsin həbsi ilə bu təhlükələr çox azalıb. Bundan başqa ABŞ və Yaxın Şərq ölkələrinin rəsmiləri bu hücumların İrana yaxın olan casuslar tərəfindən son 13 ay ərzində 7 ölkədə xarici diplomatlara qarşı törədilən terror zəncirinin bir hissəsi olduğu qənaətindədirlər. Rəsmilərin fikrincə, hədəflər arasında 2 səudiyyəli, 6-ya qədər isə İsrail və Amerika rəsmisinin də adı olub. Ötən həftə isə 4 ölkədə araşdırma aparan müfəttişlər sui-qəsd planlarının bir-birinə, "Hizbullah"a və İrana aid başqa təşkilatlara bağlı olaması ilə əlaqədar bir çox faktlar əldə ediblər. Hesabatda telefon nömrələri, tibbi təhlillər, koordinasiya edilmiş səfər qrafikləri, İranda satın alınıb terrorçular tərəfindən istifadə olunmuş mobil telefon xətlərinə aid məlumatlar var. Bununla yanaşı qəzet yazıb ki, ABŞ hökuməti hazırda Azərbaycandakı ABŞ səfirliyinə qarşı artıq ifşa edilmiş terror planının İrana məxsus olduğunu birbaşa söyləməkdən çəkinir. Onlar bunun İranın nüvə proqramı ilə bağlı danışıqların baş tutacağı zamanda ağır ittiham kimi qəbul edilib, görüşün alınmamasına səbəb ola biləcəyini deyirlər. ABŞ rəsmiləri həmçinin İran və "Hizbullah"ın hücumları birlikdə koordinasiya etməsinə inanmadıqlarını vurğulamaqla yanaşı, tarixi faktlara əsaslanaraq hər iki qrupun öz maraqları naminə belə planları reallaşdırdığını da xatırladıblar.Terror hücumları ilə bağlı faktları araşdırdan bir ABŞ rəsmisi isə "İran və "Hizbullah"ın bu hücumları birgə planlaşdırması mümkündür, amma bu nəticə bəlirləyici deyil", deyib.Qeyd edək ki, bu ilin əvvəlindən başlayaraq MTN ölkədə iri miqyaslı anti-terror əməliyyatları keçirib. Ölkənin xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində əl-kaidə və digər terror təşkilatlarının nümayəndələri zərərsizləşdirilib. Bununla yanaşı Azərbaycanda terror aktı törətmək istəyən qrupların üzvlərinin silah-sursatı müsadirə olunub. Xüsusi xidmət orqanlarının bu cür fəaliyyəti göstərir ki, ölkənin təhlükəsizliyi tam nəzarətdədir. Daxili işlər və Millit Təhlükəsizlik naziirliklərindən isə bilirilir ki, ölkənin təhlükəsizliyi nəzarət altındadır və baş verə biləcək hadisələrin qarşısını almaq üçün tədbirlər görülür.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə