ETSN: \"Kür və Araz çaylarında suyun səviyyəsi ötən illə müqayisədə aşağıdır\"

ETSN: \"Kür və Araz çaylarında suyun səviyyəsi ötən illə müqayisədə aşağıdır\"
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin əməkdaşları mayın 29-da çaylarda mövcud vəziyyətlə bağlı araşdırma aparıblar. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 80-170, Kiçik Qafqazda 80-100, Lənkəran-Astarada 110-140, Naxçıvan MR çaylarında isə 10-15 faizini təşkil edib. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi saniyədə 390 kubmetr, Qanıx çayının Əyriçay məntəqəsində isə saniyədə 230 kubmetr olub. Hazırda Kür çayının aşağı axınındakı Surra məntəqəsində suyun səviyyəsi 397, Şirvanda 271, Salyanda 218, Bankədə 224, Araz çayının Novruzlu məntəqəsində isə 105 santimetr olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə