Paytaxtda 30 dərəcə isti olacaq

Paytaxtda 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 30-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-20, gündüz 24-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə