Mübariz Qurbanlı: “Avropa Parlamentinin rəhbəri ayrı-ayrı sifarişləri yerinə yetirir”

Mübariz Qurbanlı: “Avropa Parlamentinin rəhbəri ayrı-ayrı sifarişləri yerinə yetirir”

"Milli Məclisin spikeri Oqtay Əsədovun Avropa Parlamentinə ünvanladığı məktubda Azərbaycanın mövqeyi ciddi şəkildə ifadə olunub". SİA-nın xəbərinə görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. O, bildirib ki, burada bütün əməkdaşlığın müsbət tərəfləri, qətnamənin qərəzli cəhətləri öz əksini tapıb: "Sovetlər ittifaqı dağılandan sonra düşünürdülər ki, dünyanın bir qütbündə ancaq ABŞ dayanacaq. Amma 20 il ərzində dünya çox qütblü olub. Dünya mərkəzləri arasında mübarizə gedir. Güc mərkəzləri öz inkişafları üçün ayrı-ayrı ölkələrdən istifadə edirlər. Avropanın da bir çox ölkələri günü-gündən inkişaf edən Azərbaycanın mövqelərindən istifadə etməyə çalışır. Müstəqil siyasət yenidən Azərbaycan BMT-nin qeyri-daimi üzvü seçiləndən sonra sübut edildi. Azərbaycana iqtisadi cəhətdən təzyiq etməyə çalışırlar. Azərbaycana qarşı qaldırılan hay-küylərdə Ştrasser, Markes Lovinqin "rolunu" xüsusi qiymətləndirmək olar. Onlar eyni siyasət xəttinin sifarişlərini yerini yetiriblər. Avropa Parlamentinin rəhbəri də ayrı-ayrı sifarişləri yerinə yetirməkdədir. Almaniya da Azərbaycana qarşı iqtisadi-siyasi sifarişlərdə iştirak edir. Mən bunları pisləyirəm",- deyə, M. Qurbanlı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə