Klintonun regiona səfərində başlıca müzakirə mövzusu nə olacaq?

Klintonun regiona səfərində başlıca müzakirə mövzusu nə olacaq?

ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klintonun Ermənistana səfərində başlıca müzakirə mövzusu Dağlıq Qarabağ problemi olacaq. Bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.


Erməni kütləvi informasiya vasitələrinə istinadən verilən xəbərə görə, H.Klintonun işğalçı ölkəyə səfərində həmçinin ABŞ-Ermənistan münasibətlərinin, regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı da bildirilib.


Qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycanda olacaq. Cənubi Qafqaza səfərinə gələn ayın 4-dən Ermənistandan başlayacaq Birləşmiş Ştatlar rəsmisi iyunun 5-də Gürcüstana da baş çəkəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə