Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş "Respublika günü" adlı tədbir keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə, Azərbaycanın tarixini əks etdirən slayd nümayiş olunub. Tələbələrin ifasında Azərbaycanın üç rəngli bayrağını, vətənpərvərliyi təbliğ edən şeirlər, mahnılar səsləndirilib. Tədbirdə iştirak edən tələblər görkəmli şair Məmməd Arazın "Ayağa dur Azərbaycan" və "Azərbaycan" şerlərini səsləndiriblər.
Tədbirdə həmçinin ADU-nun "3G" Şən və Hazırcavablar Klubu (ŞHK) çıxış edib, "Dalğa" rəqs qrupu "Dağlı" və hind rəqslərini ifa edib.
Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb. Çıxışı zamanı prorektor bildirib ki, xalqımız uzun müddət əsarət altında qalıb və sonda yenidən dirçəlib. Xalqımız 28 May tarixində öz müstəqilliyini yenidən bərpa edib. Ələddin Əliyev 28 May Respublika günü münasibəti ilə hər kəsi təbrik edib və qeyd etdi ki, "Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı, yaşasın gənciyimiz".
Qeyd edək ki, tədbirin sonunda Azərbaycanın üçrəngli bayrağı səhnəyə gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB