DSX: \"Azərbaycan-İran sərhədində əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur\"

DSX: \"Azərbaycan-İran sərhədində əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur\"

"Son günlərdə bir sıra elektron informasiya vasitələrində İran İslam Respublikasına məxsus hərbi gəmilərin Azərbaycan Respublikasının dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlar yayılıb. SİA Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbut xidmətinə istinadən xəbər verir ki, bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır".


Məlumatda deyilir ki, Azərbaycanla İran İslam Respublikasının dəniz sərhədlərində sərhəd mühafizəsi adi qaydada həyata keçirilir, xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə