Abdulla Gül: "İrəvana səfərim riskli addım idi"

Abdulla Gül: "İrəvana səfərim riskli addım idi"

Türkiyə prezidenti Abdulla Gül NATO-nun Çikaqo sammitinə yola düşməzdən əvvəl Stenford Universitetində çıxışı zamanı Ermənistana səfərini yada salaraq Yerevana getməklə riskli addım atdığını bildirib. Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dövlət başçısı yaxşı liderin hərdən riskli addım atmalı olduğunu söyləyib.


"Mən Ermənistana səfər edən ilk Türkiyə prezidentiyəm. Hesab etdim ki, xalqlar arasında nisbətən də olsa, münasibətlər düzələr. Hələ də buna ümid bəsləyirəm. Bizim qarşılıqlı səfərimiz münasibətlərin normallaşması üçün bir rəmzdir. Yerevana getməyim nə qədər riskli olsa belə, bu, atılmış düzgün addım idi", - deyə Abdulla Gül bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə