Cümşüd Nuriyev: “Azərbaycana münasibəti İranda daxili parçalanmaya gətirib çıxaracaq”

Cümşüd Nuriyev: “Azərbaycana münasibəti İranda daxili parçalanmaya gətirib çıxaracaq”
\"İranın Azərbaycana qarşı aqressiv olmasının arxasında Ermənistan və Rusiya maraqları dayanır. İran tərəfi ilk növbədə bölgədə böyük gücə malik olmaq, Türkiyəni sıxışdıraraq aradan çıxarmaq istəyir\". SİA-nın xəbərinə görə, bunu Səs TV-yə açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bundan başqa İran ölkəmizi Azərbaycan – İsrail və Azərbaycan – ABŞ əlaqələrinə görə cəzalandırmaq istəyir: "Hesab edirəm ki, bu İranda daxili parçalanmaya gətirib çıxaracaq. Çünki İran əhalisinin təxminən 60 faizi azəri türklərindən ibarətdir. Belə olan təqdirdə İran daxilində olan azərilər farsları dəstəkləyə bilməz. Digər bir məsələ İranın Azərbaycanı şiə dövləti kimi təqdim etməsidir. Əslində Azərbaycan şiə dövləti deyil, dünyəvi dövlətdir. İkincisi isə Azərbaycan əhalisinin 60 faizindən çoxu sünni təriqətinə xidmət edir. Üçüncüsü, İran bir şeyi dərk etməlidir ki, Azərbaycan dövlətinin simvolu onun prezidentidir. Nə qədər ki, İran Azərbaycan əleyhinə lazımsız sözlər, təhqirəmiz ifadələr işlədəcək, həmin anda da adekvat olaraq öz cavabını alacaq".


Politoloqun fikrincə, İran səfirinin Tehrana geri çağrılması daha çox Azərbaycana qarşı təhdid, təziq, həm də zəiflik əlaməti kimi dəyərləndirilməlidir:


"Adətən o güclü dövlətlərin səfirləri geri çağrılır ki, onların əlində kifayət qədər həmin dövlətə qarşı materiallar olur. Amma İran bu günə qədər hələ də 18-ci əsrdən bu yana heç bir addım ata bilməyib. İran bir şeyi də dərk etməlidir ki, Azərbaycan heç də İranın fikirləşdiyi, İran ərazisində yaşayan azərbaycanlılar kimi 19-cu əsrdə qalmayıb, əksinə ölkəmiz artıq 21-ci əsrin 50-ci illəri səviyyəsində bir dövlətdir. Belə olan təqdirdə hesab edirəm ki, İran Azərbaycanı təhqir etməkdən əl çəkməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə