Hulusi Kılıcın regionlara səfəri başlayıb - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc ölkənin regionlarına səfəri başlayıb. Ötən gün Goranboya səfər edən, türkiyəli diplomat bu gün Gəncə şəhərinə gəlib. SİA-nın bölgə müxbirinin məlumatına görə, Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyevlə görüşən Hulusi Kılıc son dövrlər Gəncədə aparılan abadlıq quruculuq işlərindən məmnun olduğunu, ölkənin ikinci böyük şəhərinin ildən-ilə gözəlləşdiyini deyib.

Türkiyə Konsulluğu üçün binanın ayrılmasına da toxunan diplomat, yaxın müddətdə qardaş ölkənin Gəncə şəhərindəki Konsulluğu üçün yeni binanının açılacağını diqqətə çatdırıb. Fəaliyyət dönəminə toxunan diplomat 4 il ərzində qarşıya qoyulan işlərin öhdəsindən gəldiyini və Azərbaycanda özünü vətənindəki kimi hiss etdiyini deyib.

Qeyd edək ki, avqust ayında fəaliyyəti başa çatan səfir Hulusi Kılıcı Alpər Coşqun səfir kimi əvəz edəcək. Gəncə şəhərinə səfəri çərçivəsində diplomat həmçinin Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, daha sonra isə Şəmkir rayonuna yola düşəcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə