İsveç səfiri “Eurovision-2012” təmsilçisinə hansı təklifi edib?

Dünən Bakıdakı "Villa Petroleum"da yerləşən restoranda İsveçin Azərbaycandakı səfiri Mikael Eriksson bu ölkəni "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Mərakeş əsilli müğənni Lorinlə (Loreen) görüşüb.


SİA xəbər verir ki, məlumat az.apa.az saytına görüşdə iştirak edən şəxslərə yaxın mənbədən daxil olud. Görüş təkcə tanışlıq xarakteri daşımayıb. Səfir Lorindən "Eurovision" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Lakin müğənni "Eurovision"nun mədəni tədbir olduğunu, səsinin siyasi proseslərdə vasitə olmaq istəmədiyini deyərək, təklifdən imtina edib.

Bəzi məlumatlara görə, səfirlə müğənninin görüşündə İctimai Palatanın təmsilçiləri kimi İsa Qəmbərlə Əli Kərimli də iştirak ediblər. Mənbə deyib ki, "səfirin müxalifətçiləri görüşə dəvət etməsinin əsas səbəbi Lorinin reallıqları yerli şəxslərdən dinləməsi" olub.

Lakin görüş müğənninin siyasətə müdaxilə etməyəcəyini açıq mətnlə söyləməsi ilə başa çatıb.

Xatırladaq ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi beynəlxalq və yerli təşkilatlar, həmçinin müxalifət partiyalarının rəhbərləri müsabiqədə iştirak edəcək müğənniləri siyasi bəyanatlarla çıxış etməyə və Azərbaycanda demokratiyaya dəstək verməyə çağıracaqları ilə bağlı açıqlamalar vermişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə