Bu gün xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin Fransanın Strasburq şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Kabinetinin 122-ci sessiyasında iştirak etmək məqsədi ilə həmin ölkəyə səfəri nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində M.Məmməd-Quliyevin Avropa Şurası Nazirlər Kabinetinin 122-ci sessiyasının rəsmi və qeyri-rəsmi hissələrində Avropa Şurası üzv dövlətlərinin yüksək səviyyəli rəsmiləri və Avropa Şurasının baş katibi Torband Yaqlandla görüşlər keçirməsi planlaşdırılır.
Görüşlər zamanı Avropa Şurasında islahatlar, insan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Avropa Şurasının Qonşuluq siyasəti mövzusunda müzakirələr aparılacaq.
Görüşlər zamanı Avropa Şurasında islahatlar, insan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Avropa Şurasının Qonşuluq siyasəti mövzusunda müzakirələr aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB