Ermənistanın Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2012-ci ilin ilk dörd ayında ölkəni tərk edənlərin sayı rekord həddə - 57320 nəfərə çatıb. Erməni mətbuatı yazır ki, ötən ilin mövcud dövründə bu rəqəm 47610 olub. Məlumatda ölkəni tərk etdikdən sonra yenidən qayıtmayanların sayında 20 faiz artımın müşahidə olunduğu önə çəkilib. Yalnız apreldə belələrinin sayı 29222 nəfərə çatıb.
Erməni təhlilçilərinin sözlərinə görə, mayda mövcud göstəricidə artımın müşahidə olunacağı ehtimalı böyükdür. Hazırkı duruma nəzər salan bəzi erməni media orqanları ikrahlı şəkildə bildirirlər ki, vətəndaşlar ölkəni tərk etməklə Ermənistandakı hakimiyyətin istəyini yerinə yetirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB