ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində rol oynamaqla İranın bu ölkədəki təhlükəsini və antiamerikan rejiminin rolunu azalda bilər. Bunu beynəlxalq "İrs" Fondunun Rusiya, Avrasiya və energetika siyasəti üzrə aparıcı eksperti Ariel Koen "Caucasus International" jurnalındakı "Azərbaycan və Amerika maraqları" məqaləsində yazıb/168.az/.
Ekspertin fikrincə, rəsmi Tehran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində neytral mövqe tutur, amma əslində Bakının konfliktli vəziyyətdə olmasını istəyir. Mövcud durum İrandakı azərbaycanlıların Azərbaycana olan marağını azaldır.
A.Koenin sözlərinə görə, Dağlıq Qarabağ probleminin mövcudluğu Cənubi Azərbaycanda sonda müstəqilliklə yekunlaşacağı bəlli olan muxtariyyat tələblərinin ikinci plana keçməsinə şərait yaradır.
İranın nüvə silahı əldə edəcəyi təqdirdə Yaxın Şərqdə tam hegemonluğa yiyələnəcəyini vurğulayan politoloq həmin durumun ABŞ-ın bölgədəki müttəfiqləri - İsrail, Misir, həmçinin Cənubi Avropa dövlətləri üçün ciddi təhlükəyə çevriləcəyini proqnozlaşdırıb.
Rusiyaya gəldikdə isə, Koenin qənaətincə, keçmiş SSRİ-nin süqutundan sonra da Qafqaz Moskva üçün prioritet istiqamətlərdəndir. Kremlin postsovet məkanında təsirinin azalmasına baxmayaraq, o yenə də regionda Birləşmiş Ştatlar üçün başlıca narahatlıq yaradan qüvvədir.
A.Koen məqaləsində eyni zamanda bildirib ki, ABŞ və Rusiyanın Cənubi Qafqazdakı maraqlarını birləşdirən ən başlıca amil ölkələrin bölgədə radikal islamçı meyllərin artmasına qarşı birgə mübarizə aparmalarıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB