Avropa Şurasında siyasi məhbus məsələsinin gündəmə gətirilməsinin səbəbi nədir?
Elxan Süleymanov: "Siyasi məhbuslarla bağlı iddiaların monitorinqi AŞ-da "siyasi məhbus" anlayışının meyarları hazırlandıqdan sonra keçirilə bilər"
Millət vəkilinin sözlərinə görə, Komitə 2011-ci ilin oktyabr ayında yenidən məsələyə baxıb, məruzənin adının dəyişdirilərək, AŞ-a üzv olan dövlətlərdə "Siyasi məhbus məsələlərinə yenidən baxılması" adlandırılması barədə qərar qəbul edib: "Lakin Kristof Ştrasser "siyasi məhbus" anlayışının hüquqi meyarlarının təyin edilməsinə ehtiyacın olmadığını və siyasi məhbusların yalnız Azərbaycanda izlənilməsi iddiasını israrla davam etdirdi. Nəhayət, Ştrasserin təşəbbüsü ilə hüquq məsələləri komitəsi 2012-ci ilin yanvarında məsələ ilə bağlı dinləmələr keçirdi. Dinləmələrə Ştrasser tərəfindən dəvət edilmiş Azərbaycanın tanınmış hüquq müdafiəçiləri "siyasi məhbus" anlayışının meyarlarının olmadığını diqqətə çatdırdılar. Çıxış edən komitə üzvlərinin mütləq əksəriyyəti siyasi məhbusların izlənilməsi və "siyasi məhbus" anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsinin vacibliyini ön plana çəkdilər".
Elxan Süleymanov bildirib ki, məsələ ətrafında yaranmış problemli vəziyyətdən çıxış məqsədilə AŞPA-nın Hüquq məsələləri Komitəsinin 28 üzvü 10 may 2012-ci ildə bu Komitənin sədri Kristofer Çopa və Katibliyə müraciət göndəriblər. Parlamentarilər öz müraciətlərində Komitənin 21 may 2012-ci il tarixdə keçiriləcək iclasında "Siyasi məhbuslar məsələsinə yenidən baxılması" mövzusunda məruzələrin bölünməsi məsələsinin gündəliyə salınmasını və səsverməyə çıxarılmasını xahiş ediblər".
Millət vəkili vurğulayıb ki, prosedur qaydalarına əsasən məsələ 21 may 2012-ci il tarixli iclasın gündəliyinə daxil edilib: "Müzakirələr zamanı çıxış edən Komitə üzvləri öz həmkarlarını məsələ ilə bağlı obyektivlik nümayiş etdirməyə və məsələnin həlli istiqamətində real irəliləyişlərə nail olaq üçün Komitə üzvlərinin məruzələrin siyasi məhbusların izlənilməsi və "siyasi məhbus" anlayışının müəyyən edilməsi məruzələrinin bölünməsi barədə müraciətini dəstəkləməyə çağırdılar. Səsvermə nəticəsində məruzələrin bölünməsi barədə tarixi qərar qəbul edildi".
Elxan Süleymanov bu qərarın qəbul edilməsini eyni zamanda Avropa Şurasına üzv dövlətlərin bir ailədə birləşdiyi Avropa məkanında Avropa dəyərlərinə və qanunun aliliyinə hörmət edilməsi istiqamətində atılmış addım kimi qiymətləndirib. Ştrasserin Azərbaycana dair məruzə hazırlaması məsələsinə aydınlıq gətirən millət vəkili deyib ki, Komitənin bu qərarına əsasən, Avropa Şurasında ilk növbədə "siyasi məhbus" anlayışının meyarları hazırlanmalı və plenar iclasda qətnamə qəbul edilməlidir: "Yalnız bundan sonra üzv ölkələrdə siyasi məhbus olmaları iddia edilənlərin izlənilməsi həyata keçirilə bilər. Odur ki, Hüquq məsələləri Komitəsinin bu gün qəbul olunan qərarı Avropa Şurasında yeni səhifənin açılması kimi qiymətləndirilə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB