Laçın rayonun işğalından 20 il ötür -FOTO

Laçın rayonun işğalından 20 il ötür -FOTO

YAP Yevlax rayon Təşkilatında Laçın rayonunun işğalının 20-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Laçın rayonuna həsr olunmuş qısa metrajlı filmə baxıblar. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. SİA-nın məlumatına görə, tədbiri YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev giriş sözü ilə açaraq bildirib ki, artıq 20 ildir Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır: \"Dünyada ərazisinin 20 faizi işğal altında olan ikinci bir dövlət yoxdur. Dünya dövlətlərinin bəziləri "Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq" cümləsini dilə gətirsələr də, "Azərbaycan topraqları Ermənistan tərəfindən işğal olunub" faktını nədənsə demirlər. Baş verən bu cür dəhşətli hadisələrə bir tərəfli yanaşırlar\".

Prezident İlham Əliyev ən yüksək tribunalardan dünya dövlətlərinə səslənərək dəfələrlə birmənalı şəkildə təkrar edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmamış, heç bir danışıqdan söhbət gedə bilməz.

Daha sonra çıxış edən Laçın rayon sakinləri Məhəbbət Hümbətov, Bakir Quliyev və YAP Yevlax rayon Təşkilatının gənc fəalları Rəşad Qurbanov, Zülfiyyə Mahmudova və Aynur Quliyeva Laçınla bağlı təssüratlarından, mənfur düşmənimizin bədnam əməllərindən söz açıblar.

Sonda YAP Yevlax rayon təşkilatı qadınlar şurasının sədri, "Kür" qəzetinin baş redaktoru Əminə Əhmədova yekun nitqi ilə çıxış edib. O, bildirib ki, erməni faşistləri başqalarının köməyi ilə zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi, o cümlədən doğma Laçınımızı sülh yolu ilə tərk etməlidirlər: \"Əks təqdirdə Azərbaycan xalqı və onun rəşadətli ordusu cənab Prezidentin rəhbərliyi ilə düşməni məhv edərək öz torpaqlarını azad edəcək\".


Bütün xəbərlər Facebook səhifəmizdə