Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində əsas sövdələşəmə Rusiya ilə Azərbaycan arasında ola bilər”
\"Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi kifayət qədər ciddi mərhələdir. Hesab edirəm ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağı Azərbaycana qaytaracaq\". SİA-nın xəbərinə görə, bu sözləri bu gün keçirilən Beynəlxaq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, DQ münaqişəsinin tənzimlənməsində əsas sövdələşəmə Rusiya ilə Azərbaycan arasında ola bilər:
"KTMT bəyannaməsi BMT-nin nizamnaməsinə uyğun hazırlanıb. Bununla da Ermənistan bir dövlət, millət kimi artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında sıradan çıxmış hesab olunur".
Politoloqun fikrincə, ermənilərin bu günə kimi əldə etdiyi nailiyyətlər Rusiya hakim dairələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqladığı bəyanatlara əks bəyanat verən hansısa siyasətçini ortaya çıxarmaq olub. Bununla belə o sözlərinə onu da əlavə edib ki, KTMT-də müzakirə olunan postsovet məkanına aid yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB