Beynəlxalq Diaspor Mərkəzi İran səfirliyi qarşısında aksiya keçirib

Bu gün Beynəlxalq Diaspor Mərkəzi (BDM) tərəfindən İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib. SİA-nın məlumatına görə, aksiyada qurumun sədri İsmayıl Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin Suraxanı rayon şöbəsinin sədri, müharibə veteranı Əjdər Əliyev, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı iştirak edib. Baş tutan aksiya Axundov bağından başlayaraq İran səfiriyi qarşısında davam edib. İştrakçılar bildiriblər ki, son zamanlar İran İslam Respublikasının rəsmi dairələri tərəfindən Azərbaycan dövlətinə qarşı açıq şəkildə təxribat aparılır. Aksiyada həmçinin qeyd olunub ki, özünü Azərbayacanın dostu kimi təqdim etməyə çalışan İran dövləti, çox təəssüflər olsun ki, islam dəyərlərini qorumaq adı altında beynəlxalq hüququ prinsiplərinə, qonşuluq və dostluq əlaqələrinə zidd bəyanatlar verməkdən çəkinmirlər. Onlar Azərbaycan xalqına qarşı qarayaxma kampaniyası aparmaqdadırlar. Aksiya iştirakçılarının İran dövlətinə qarşı tələbləri Azərbaycan dövlətinə və onun milli atributlarına qarşı həyata keçirdiyi təxribat və qarayaxma kampaniyasını dayandırmasıdır: \"İşğalçı Ermənistana yardımı dayandırsın, İranda yaşayan Azərbaycan türklərinin dil və mədəniyyət hüquqları təmin olunsun, həbs olunmuş cənubi azərbaycanlı fəallar azadlığa buraxılsın\".

Yürüş iştirakçılarının əllərində müxtəlif plakatlarda "İrandakı azərbaycanlı qardaşlarına dəstək", "Qatillərə qucaq açan ölkəyə ar olsun ", "Qarabağı işğal edən Emənistana yardımı dayandır", "İran stop" və s kimi şüalar səslənib.

Qeyd edək ki, hazırda aksiya polis tərəfindən dağıdılır.


Bütün xəbərlər Facebook səhifəmizdə