Tikinti işləri ilə əlaqədar olaraq bu gün saat 11:00-dan etibarən "Ağ şəhər" magistral qaz kəməri, "Zığ" və "Əhmədli" Qazpaylayıcı stansiyaları, eləcə də "Alko" və "SOS uşaq evi" qaz ölçü qovşaqlarının təbii qaz təchizatı dayandırılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xətai rayonunun Əhmədli yaşayış massivinə, "Pivə zavodu", "Zeytunluq" adlanan yaşayış sahələrinə, "Oksigen", İ.İsmayılov, "Dəniz", M.Rüstəmov, M.Hadi, Sarayev, "Neapol", S.Mehmandarov, Q.Məmmədov küçələrinə, eyni zamanda Suraxanı rayonunun Zığ qəsəbəsi və Yeni Günəşli yaşayış massivinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB