Monakoda ATƏT PA-nın illik 21-ci sessiyası keçiriləcək

Monakoda ATƏT PA-nın illik 21-ci sessiyası keçiriləcək
Monakoda iyulun 5-dən 9-dək ATƏT Parlament Assambleyasının illik 21-ci sessiyası keçiriləcək. SİA-nın məlumatına görə, sessiyada "ATƏT: dəyişikliklər regionu" mövzusu müzakirə ediləcək. Həmçinin bununla belə ATƏT-in üzvü olan ölkələrin deputatlarının hesabatları dinləniləcək, siyasi məsələlər və təhlükəsizlik, iqtisadiyyat və ətraf mühit, insan haqları komitələri üzrə qətnamələr qəbul ediləcəkdir. Eyni zamanda sessiyada ATƏT məkanında həll olunmamış münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin əksini tapacağı gözlənilir. Sessiyanın sonunda Monako bəyannaməsi qəbul olunacaq, ATƏT Parlament Assambleyasının yeni prezidenti seçiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə