Fransanın yeni seçilmiş prezidenti Fransua Olland səlahiyyətlərinin icrasına başlayıb. SİA-nın məlumatına görə, vəzifə səlahiyyətlərinə başlaması münasibətilə mayın 15-də Yelisey sarayında təntənəli mərasim keçirilib. Mərasimdə iştirak edən dövlət və hökumət rəsmləri, xarici qonaqlar, ictimaiyyətin nümayəndələri və çoxlu sayda jurnalistlər qarşısında artıq prezident kimi ilk çıxışını edən Fransua Olland Avropanı təhdid edən iqtisadi böhrandan çıxmaq üçün yeni layihələrin həyata keçirilməsinin, həmrəyliyin vacibliyini vurğulayıb, bu istiqamətdə Fransanın yeni yol açacağını, iqtisadiyyatın stimullaşdırılması məqsədi ilə ictimai borcun zəruri güzəştlərlə aradan qaldırılacağını bəyan ediblər. Yelisey sarayında keçirilən təntənəli mərasimdən sonra Fransua Olland Prezident qismində ilk səfərini Almaniyaya edib. Ölkə başçısı burada Almaniya kansleri Angela Markel ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB