Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb
Azərbaycan Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinə məxsus hərbi hissədə iki əsgərin ölümü ilə nəticələnən insidentlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ilkin araşdırma nəticəsində məlum olub ki, əsgər Vüsal Nəbiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində əsgər yoldaşı Məcnun Qarazadə dünyasını dəyişib. Əsgər V. Nəbiyev isə keçirdiyi həyəcandan intihar edib.

Faktla bağlı cinayət işi başlanıb.

Qeyd edək ki, M. Qarazadə İmişli, V. Nəbiyev isə Hacıqabul Rayon Hərbi Komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə