Mayın 14-də "28 May – Respublika Günü" münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən ziyafət təşkil olunub. Ziyafət Kanadanın paytaxtı olan Ottava şəhərində yerləşən "Westin" mehmanxanasında təşkil keçirilib. Bu barədə SİA-ya Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən məlumat verilib.
Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə edilmiş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı da ziyafətdə iştirak ediblər.
Tədbir zamanı çıxış edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, Azərbaycan-Kanada ikitərəfli iqtisadi-siyasi münasibətləri haqqında iştirakçılara ətraflı məlumat verib.
Azərbaycan Respublikası Milli Məclisin deputatı Asəf Hacıyev müstəqillik tariximiz, Azərbaycan-Kanada parlamentlərarası münasibətlərin əhəmiyyəti haqqında çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB