Ermənilər "Avroviziya-2012"nin yayımlanması ilə bağlı şübhəli danışırlar

Ermənilər "Avroviziya-2012"nin yayımlanması ilə bağlı şübhəli danışırlar

"Ermənistanın birinci kanalının "Avroviziya-2012"ni yayımlaması mümkün ola bilər". Bunu "panarmenian.net"ə açıqlamasında ölkənin nüfuzlu müsabiqədəki nümayəndə heyətinin rəhbəri Qoar Qasparyan deyib.


Qeyd edək ki, Avropa Yayımlar Birliyinin "Avroviziya-2012"də iştirakdan imtina edən Ermənistan qarşısındakı tələblərindən biri də müsabiqənin finalını canlı yayımlamaqdır. Əgər bu, yerinə yetirilməsə, ölkə "Avroviziya-2013"də iştirakdan məhrum oluna bilər. Bu mənada Qasparyanın şübhəli danışması təəccüb doğurur.


Onu da deyək ki, Avropa Yayımlar Birliyi Ermənistanın "Avroviziya-2012"də iştirak üçün nəzərdə tutulan məbləği tam həcmdə ödəməsinə dair qərar çıxarıb. Buna səbəb ölkənin iştirakdan nəzərdə tutulduğu vaxtdan gec imtinasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə