Qənirə Paşayeva Almaniyada Böyük Birlik Partiyasının sədri Mustafa Destici ilə görüşüb

Qənirə Paşayeva Almaniyada Böyük Birlik Partiyasının sədri Mustafa Destici ilə görüşüb

Millət vəkili Qənirə Paşayevanın türk dünyasının birgə fəaliyyətinin vacibliyi və əhəmiyyəti barədə çıxışlarını yüksək qiymətləndirən Büyük Birlik Partisi (BBP) genel başkanı Mustafa Destici partiyasının bu günə qədər olduğu kimi bundan sonra da daima qardaş Azərbaycanın yanında olacağını və Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyini bundan sonra da bütün platformalarda geniş şəkildə dəstəkləyəcəyini deyib.

SİA-nın məlumatına görə, Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini deyən Büyük Birlik Partisi (BBP) genel başkanı Mustafa Destici iki ölkə arasında bütün sahələrdə münasibətlərin daha da inkişafının vacibliyini xüsusi vurğulayıb.


Millət vəkili Qənirə Paşayeva Azərbaycanın da daim qardaş Türkiyənin yanında olduğunu vurğulayıb. "Türkiyə nə qədər güclənərsə, Azərbaycan da o qədər güclənib deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu Türkiyənin gücü deməkdir" -millət vəkili Qənirə Paşayeva belə deyib. Millət vəkili Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə Azərbaycan və türk diaspora təşkilatlarının birgə hərəkət etmələrinin vacibliyini qeyd edib.


Millət vəkili Qənirə Paşayeva Azərbaycanın öz müstəqilliyini yenidən əldə etməsi illərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə, öz yurd-yuvasına dönə bilməməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin, yəni Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələrinin rəsmi İrəvan tərəfindən indiyə qədər yerinə yetirilməməsi barədə məlumatlar verib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Mustafa Desticiyə Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar da təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə