Millət vəkili: “İranın Azərbaycana qarşı belə lazımsız kampaniyalar keçirməsi xalqın nifrətini daha çox artıracaq”-MÖVQE
\"İranın Azərbaycana qarşı belə lazımsız kampaniyalar keçirməsi heç bir nəticə verməyəcək, əksinə xalqımızın nifrətini daha çox artıracaq\". Bunu SİA-ya açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycana qarşı göstərdiyi qərəzli siyasətə münasibət bildirərkən deyib. O qeyd edib ki, hələ də İranda manqurtlaşmış azərbaycanlılar var ki, farslara xidmət edirlər. Onun sözlərinə görə, həmin insanlar zaman keçdikcə tutduqları əməldən utanacaq, öz milli kimliklərini dərk edəcək və farsların bu oyunlarında iştirak etməyəcəklər: "Əminəm ki, gec-tez orada azərbaycanlılar farslardan ayrılacaq, öz dövlətlərini quracaq və yeni qurulmuş dövlət Azərbaycan Respublikası ilə birləşəcək. Əgər farslar bunu tez başa düşüb qəbul etməsələr, vaxt gələcək ki, onlar İranda öz müstəqillikləri uğrunda mübarizə aparmaq zorunda qalacaqlar. Ona görə də heç də farslardan az olmayan azərbaycanlıların hüquqlarını tanısınlar və onların öz dövlətini qurmaq haqqına, öz dilini mədəniyyətini inkişaf etdirmək haqqına sayğı ilə yanaşsınlar. Həmçinin onlar da Şimali Azərbaycandakı bacı və qardaşlarına eyni hörmət və ehtiramı göstərsinlər".
Q.Həsənquliyev vurğulayıb ki, onun gözündə İran Ermənistanın müttəfiqidir. Onun sözlərinə görə, sözsüz ki, Azərbaycan torpaqlarımı işğal edən bir dövlətin müttəfiqinə münasibət mənfi olacaq.
"Mənim bu münasibətimi bir az da kəskinləşdirən fakt odur ki, İran Ermənistanla müttəfiq olmaqla yanaşı Azərbaycanın daxilində təxribatlar, terror aktları da törətməyə cəhd edir. Düzdür, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu fakların qarşısı alınır. Onlar Azərbaycanda İrandakı kimi mənfur bir teokratik rejim formalaşdırmaq istəyirlər. O elə bir rejimdir ki, qadınları daş-qalaq edib öldürsünlər, uşaqları böyükləri əhalinin gözü qarşısında kranlardan assınlar. İndi bizə qarşı belə bir kampaniya aparırlar ki, Avropada sevilən möhtəşəm bir yarışmaya Azərbaycan ev sahibliyi etməklə Qərb mədəniyyətini təbliğ edirik. Amma onların dini lideri Xomneyi vaxtılə qaçıb Fransaya getmişdi və orada yaşayırdı, Lakin gedib Məkkədə və ya Mədinədə yaşaya bilərdi. Daha sonra deyirlər ki, Azərbaycanda gey-parad keçiriləcək. Amma islam dünyasında, Şərq ölkəsində bütün ailələr adətən qız övladı nəzarətdə saxlayır ki, onlara münasibətdə hər hansı əxlaqsız hərəkətlərə yol verilməsin. Amma, İranda əksinə, Şərq dünyasında yeganə dövlətdir ki, ailədə oğlan övladına daha çox nəzarət olunur. Bu da göstərir ki, əgər gey-parad olacaqsa, bu Tehranda keçiriləcək. Çünki farslar buna daha çox meyillidir. Orada belə paradın keçirilməsinə daha çox insan dəstək verə bilər", - deyə Q.Həsənquliyev əlavə edib.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB