Amerikalı həmsədr: \"Sülh razılaşmasının əldə edilə bilməməsinin səbəbi Minsk qrupunun formatında və ya həmsədrlərdə deyil\"
\"Minsk qrupu münaqişənin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasına daha da yaxınlaşmaq üçün tərəflərə kömək göstərir. Lakin onların bir-birinə inamsızlığı və əməkdaşlığın olmaması irəliləyişə əngəl törədir. Həmsədrlər ideyalar verə, dəstək göstərə bilərlər, lakin münaqişə tərəfləri özləri qərar qəbul etməlidirlər\". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtke bildirib.
Onun sözlərinə görə, sülh razılaşmasının əldə edilə bilməməsinin səbəbi Minsk qrupunun formatında və ya həmsədrlərdə deyil: \"Sadəcə olaraq səbəb odur ki, bu çox çətin bir məsələdir. Tərəflər arasında fərq çox böyükdür və düzünü desək, tərəflər arasında inamsızlıq var. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda insanlar arasında dialoq çox vacibdir. Biz düşünürük ki, status-kvo qəbuledilməzdir. Biz bu münaqişənin tənzimlənməsində irəliləyişə nail olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB