Bolqarıstan parlamentinin sədri Çeçka Çaçeva Prezident İlham Əliyevlə görüşüb
Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan parlamentinin sədri Çeçka Çaçeva bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. SİA-nın xəbərinə görə, parlament sədri Çeçka Çaçeva jurnalistlərə açıqlamasında ölkə başçısı İlham Əliyevlə görüşdüyünü deyərək aralarında isti və məzmunlu söhbət aparıldığını dilə gətirib. Qonaq ölkə başçısı ilə görüş zamanı iqtisadiyyat, nəqliyyat və kənd təsərrüfatı sahələrində bir sıra birgə layihələri müzakirə etdiklərini bildirib. Parlament sədri həmçinin qeyd edib ki, Avropa Birliyi və NATO-nun üzvü olan Bolqarıstan Azərbaycanın dostu və onun bu qurumlardakı maraqlarının təmsilçisidir.
Çeçka Çaçeva iki ölkənin parlamentlərarası əlaqələrini də yüksək qiymətləndirib: "Ümid edirəm ki, bizim münasibətlərimiz əsrlər boyu davam edəcək\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB