Mehriban Əliyeva Bakıdakı “EuroClub”da görülən işlərlə tanış olub - FOTOSESSİYA
Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Fondun birinci-vitse prezidenti Leyla Əliyeva \"EuroClub\"a baş çəkərək, burada görülən işlərlə tanış olublar. SİA-nın məlumatına görə, Mehriban xanım Əliyevaya \"EuroClub\"da aparılan işlərlə bağlı ətraflı məlumat verilib.
Qeyd olunub ki, Eurovision Mahnı Müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardan biri \"Euroclub\"dur. İfaçılar onların ixtiyarında olan bu möhtəşəm səhnədə həm müsabiqə mahnılarını ifa edəcək, həm də pərəstişkarları və nümayəndə heyətlərinin üzvləri ilə ünsiyyət quracaqlar. Burada hər bir nümayəndə heyətinin xüsusi gecələrinin də təşkili mümkündür. Qonaqlar \"EuroClub\"da disko-zalın, barın və restoranın xidmətindən yararlana biləcəklər.
\"EuroClub\"da keçirilən tədbirlərlə bağlı da məlumat verilib. Bildirilib ki, burada hər gün canlı konsertlər, DJ-lərin ifasında müxtəlif janrda musiqilər, rəqslər və digər şou proqramlar da təqdim ediləcək. Bu da Bakı \"EuroClub\"unu fərqləndirən xüsusiyyətlərdəndir. Bakı \"EuroClub\"u yerləşdiyi məkanın böyüklüyü, müasir işıq və səhnə avadanlığına görə Eurovision fanatlarının və iştirakçılarının hafizəsində uzun müddət qalacaq.
Eyni vaxtda 3 min nəfər qonaq qəbul edəcək \"EuroClub\"da bir neçə rəsmi ziyafət gerçəkləşdiriləcək. \"Eurovision\"un rəsmi açılış mərasimi, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlər və yarımfinallar, eləcə də final mərhələsindən sonra mərasimlər olacaq.
\"EuroClub\"da görülən işlərlə yaxından tanış olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Eurovision Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva qarşıdakı musiqi yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB