"Odlar Yurdu, demokratiya yolunda mətin addımlarla irəliləyən Azərbaycan hamımızındır. Bu ölkədə yaşayan hər bir kəs, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq Vətənini sevməlidir", - deyən S.Orucov bunun hər birimizin müqəddəs borcu olduğunu əlavə edib.
Gənclər birliyinin sədri: "20 ildir ki, müstəqillik əldə etmişik. Bunu bizə hədiyyə etməyiblər, onu qanımız bahasına əldə etmişik. Ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdanda ölkəmizdə vəziyyət çox ağır idi. Ermənistanla məcburi olaraq cəlb edildiyimiz müharibə, daxili çəkişmə, siyasi sabitsizlik gələcəyə olan inamı məhv etmişdi. Ümidsizlik ölkədə bir süstlük ab-havası yaşadırdı. Ulu öndərin siyasi hakimiyyət sükanı arxasına keçməsi bütün problemləri arxada qoydu. İndi inkişafın ən yüksək zirvəsinə doğru inamla irəliləyirik", deyə müraciətinə davam edib.
AXCP Gənclər Təşkilatının yaydığı müraciətə münasibət bildirən S.Orucov: "Bu gün mətbuatda oxudum ki, AXCP Gənclər Təşkilatı "Avroviziya-2012" müsabiqəsi ilə bağlı ölkəmizə gələn xarici jurnalistlərə müraciət ünvanlayıblar. Həmin o müraciətdə qeyd edilib ki, guya Azərbaycanda inkişaf yoxdur, yalnız və yalnız "Avroviziya" ilə bağlı Azərbaycanın mərkəzi küçələri, mərkəzi meydanları təmir edilib. Paytaxtın kənar məhəllələrində vəziyyət bundan fərqlidir. Mən sadəcə olaraq həmin o gənclərə üzümü tutub demək istiyirəm ki, onlar yəqin ki, nə ali təhsil alıblar, nə bir kitab, nə bir jurnal, nə bir qəzet oxuyublar. Onların heç nədən məlumatları yoxdur. Azərbaycanda dunyada analoqu olmayan inkişaf dinamikası var. 20 il bundan əvvəl desəydik ki, kosmosda Azərbaycanın süni peyki olacaq buna heç kim inanmazdı. Amma artıq süni peykimiz gələn ildən istismara buraxılacaq. 2011-ci ilin yekunlarına əsasən ümumdaxili məhsulumuz artıq 63 milyard dollara çatıb. Bunun adambaşına düşən həcmi 7 min dollardan çoxdur. Son 8 ildə ümumdaxili məhsul 3 dəfə artıb ki, bunun da adambaşına düşən həcmi 2.7 dəfə, neft sektoru isə 2.2 dəfə artıb. Bunun nəticəsidir ki, Azərbaycanın hər hansı bir regionuna, guşəsinə getsək ordakı inkişafı görəcəyik. Bundan əlavə iqtisadi inkişaf nəyinki həmin rəqəmlərdə, hətta əhalinin sosial rifahında da açıq-aydın hiss olunur. Bu bir daha onu göstərir ki, Azərbaycan müxalifəti düzgün mövqedə deyil", deyib.
Birliyin sədri həmçinin vurğulayıb ki, müxalifətin hər addımı Azərbaycan xalqına, millətinə qarşı düşmən münasibətdən xəbər verir: "Onlar ölkəmizdə baş verən inkişafı görməzliyə vuraraq, xarici qüvvələrin vədinə inanaraq, onların çaldığı havaya oynayaraq, onlardan maddi vəsait alaraq qul, kölə olduqlarını isbat edirlər. Mən AXCP gənclərini qınayıram. Onların vətənpərvərlikdən uzaq hərəkətlərini qəti şəkildə pisləyirəm.
Azərbaycanın praqmatik, dünya miqyasında lider keyfiyyətləri ilə tanınan rəhbəri var. Azərbaycan gəncliyi bu gün cənab prezident İlham Əliyevin ətrafındadır. Onun həyata keçirdiyi strategiyalar, proqramlar ölkəmizin gələcək inkişafına hesablanmış addmlardır".
S.Orucov müxalifət partiyalarının idarə etdikləri gənclərə: "Bu səhv yoldan əl çəkin. Bir daha düşünün, Azərbaycan hamımızın doğma evimizdir. Onu göz bəbəyi kimi qorumalıyıq. Vətənpərvər olmaq üçün "Mən Azərbaycanlıyam" deməyiniz kifayət edər. Çalışın vətənpərvər olun!", - bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB