Ermənistanda mayın 6-da keçirilən parlament seçkilərinin nəticələrilə bağlı daha bir siyasi partiya bəyanət verərək nəticələri tanımadığını élan edib. "Armenia Today" saytı xəbər verir ki, Demokratik Yol Partiyası (DYP) bəyanatında seçkilərin nəticələrinin reallıqda əks etdirmədiyini bildirib.
Həmçinin qurum hesab edir ki, seçkilər zamanı kütləvi rüşvət vermə, biabıçılıqla başqa ölkələrin vətəndaşlarının adlarını kütləvi şəkildə seçki siyahılarına salınması, dünyaların dəyişmiş şəxslərin "səsverməsi", hüquq-mühafizə orqanları əməkdaşlarının seçki məntəqələrinə müdaxilə etməsi, hətta bəzi polis əməkdaşlarının cinayət əlaqələrinə girməsi halları olub.
Deyilənləri nəzərə alan DYP saxtalaşdırılmış parlament seçkilərinin nəticələrini tanımadığını bəyanlayıb, Mərkəzi Seçki Komissiyasının qeydiyyatının ləğvvini, MSK üzvlərinin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB