Sudanın xarici işlər naziri Azərbaycana gəlib

Sudanın xarici işlər naziri Azərbaycana gəlib
Sudanın xarici işlər naziri Ali Ahmed Kartinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. SİA-nın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən sudanlı qonaqlara Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə