Vardan Oskanyan: \"Münasibətlərimiz Azərbaycanın Türkiyə ilə əlaqələrinin girovuna çevirilib\"
Dağlıq Qarabağ münaqişəsi həllini tapmayanadək Ermənistan və Türkiyə sərhədləri açılmayacaq. Türkiyənin "Today\'s Zaman" qəzetinin yazdığına görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
V.Oskanyan Ermənistan hakimiyyətinin Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb. "Problem bunu necə etməkdədir. Hamıya məlumdur ki, protokolların qəbulunda məneələr var. Əsas maneə Dağlıq Qarabağ münaqişəsidir. Neçə ki bu problem var, Ermənistan-Türkiyə münasibətlərinin inkişafında qabağa getməyi təsəvvürə gətirmirəm", - deyən Oskanyan Ermənistanda səfərdə olan türkiyəli jurnalistlərin başqa suallarını da cavablandırıb.
Ermənistan və Türkiyə arasında Sürix protokollarını "ölü sənədlər" adlandıran keçmiş nazirin fikrincə, yaranmış vəziyyətin aradan qalxması təkcə Ankaradan deyil, eyni zamanda Azərbaycandan da asılıdır: "Münasibətlərimiz Azərbaycanın Türkiyə ilə əlaqələrinin girovuna çevirilib. Mənim üçün tam aydınlır ki, Qarabağ problemi aradan qalxmayınca sərhədlər açılmayacaq".
Oskanyan həmçinin vaxtilə Ermənistan hakimiyyətini Türkiyə ilə imzaladığı protokollara görə qınadığını, amma onu eşidən olmadığını vurğulayıb. "Onlar dedilər ki, Türkiyə bizim münasibətlərimizi Dağlıq Qarabağ münaqişəsindən asılı hala salan deyil. Axırda isə fikirlərində yanıldıqlarını özləri də gördülər", - deyən eks-nazir əlavə edib ki, hazırda ümumən Türkiyə üçün Azərbaycanın maraqları prioritetdir.
V.Oskanyan Dağlıq Qarabağ konfliktinin həllini tapacağı ilə bağlı sualı cavablandırarkən məsələnin çətinliyini vurğulayıb: "Mən ümidləri itirməmişəm. Amma bu, asan deyil. Qarabağ münaqişəsi artıq 20 ildir, davam edir. Konflikt Türkiyə öz möqeyini dəyişməyincə həllini tapmayacaq ki, mövcud istiqamətdə də hansısa fərqliliklərin baş verəcəyinə şübhə ilə yanaşıram. Bu, 20 ildə baş verməyibsə, indi də baş verməyəcək. Danışıqlar gedir, amma dalana dirənib…"
Türkiyəli jurnalistlərin Ankaranın "erməni soyqırımı" məsələsinin araşdırılması üçün tarixçilərdən ibarət komissiya yaratmaq təklifinə gəlincə, keçmiş XİN rəhbəri bildirib ki, buna getmək ümumən "erməni soyqırımı"nın şübhə altına alınması demək olardı. "Ermənistan heç vaxt belə bir komissiyanın yaranmasına imkan verməyəcək. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən təklif real deyil. Bizim qənaətimizcə, Türkiyə sərhədləri hər hansı şərt daxilində açmamalıdır. Münasibətlərimiz normallaşdıqdan sonra bu və ya digər tərəf onu narahat edən məsələni müzakirəyə çıxara bilər. Soyqırımın araşdırılması üçün komissiya yaratmaq təklifi isə Ermənistan üçün ölkədəki heç bir hakimiyyətin dövründə məqbul olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB