""Texnikabank"da nə baş verdiyini hamı bilir və mən buna şərh vermək istəmirəm. Orada müvafiq qurum tərəfindən təhqiqat gedir, nəticələri yəqin ki, açıqlanacaq". SİA-nın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda "Texnikabank"ın səhmdarları bankı möhkəmləndirir, idarəetməyə yeni komanda gətirilib: "Həmin komanda yaranmış şəraitdə bankın idarə olunmasını təmin edəcək. Bu, səhmdarların qərarıdır, Mərkəzi Bankın qərarı deyil".
E. Rüstəmov bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun pensiyaların bankomatlar vasitəsilə verilməsi prosesinin genişləndirilməsi məqsədilə keçirilən tenderdə qalib gəlmiş \"Texnikabank\"ın tenderdən kənarlaşdırılması barədə verdiyi açıqlamalara da münasibət bildirib: \"Yaranmış şəraitdə, menecmentdə olan hərc-mərclik və s.-lə bağlı pensiya təminatına onların qoşulması doğru hesab olunmadı. Çox həssas olan sosial bir layihənin başlanmasını təqaüdçülər üçün riskli hesab etdik. Hesab etdik ki, yaranmış situasiyada bankın stabilləşməsini və yeni menecmentin gəlməsini gözləmək lazımdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB