Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda körpünün qəzalı vəziyyətə düşməsi ilə əlaqədar sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda körpünün qəzalı vəziyyətə düşməsi ilə əlaqədar sürücülərə müraciət edib. SİA-nın BDYPİ-nin saytına istinadən verdiyi məlumata görə, Bakı-Quba-Rusiya sərhədi yolunun 146-cı kilometrliyində, Vəlvələçay üzərindəki körpünün daşqın səbəbindən bir hissəsinin çökməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Bununla əlaqədar BDYPİ Bakıdan Qubaya, eləcə də əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələri sürücülərdən xahiş edir ki, həmin istiqamətlərə getmək üçün Gəndob-Xaçmaz-Quba və ya Gəndob-Yalama alternativ yollarından istifadə etsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB