Ağcabədidə Şuşanın işğalının 20-ci ildönümü qeyd olunub

Ağcabədidə Şuşanın işğalının 20-ci ildönümü qeyd olunub

Respublikanın hər yerində olduğu kimi Ağcabədidə də Şuşanın işğalının 20-ci il dönümünə aid tədbir keçirilib. Anım günündə tədbir iştirakçıları şəhidlər xiyabanında bir araya gəldilər. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, icra hakimiyyətinin başçısı Şahin Məmmədovla yanaşı, millət vəkilləri, idarə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş igidlərimizin məzarlarını ziyarət etdilər.

Qeyd edək ki, Ağcabədi rayonu ərzisində çoxlu sayda Şuşadan olan məcburi köçkünlər məskunlaşıb.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə