Əli Həsənov: “Belə getsə, Azərbaycan hakimiyyəti gücünü digər vasitələrlə göstərəcək” - MÖVQE

"Azərbaycan Ermənistanın antiinsani fəaliyyətini, Cənubi Qafqazda sülhü, barışı, Dağlıq Qarabağ münaqişəsinin həllini daha da çətinləşdirən və mürəkkəbləşdirən addımını dəfələrlə pisləyib və pisləməkdə davam edir". SİA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Şuşanın işğalının 20-ci ildönümü barədə danışarkən deyib.

Əli Həsənov bildirib ki, Azərbaycan müvafiq qurumlarda bu məsələni dəfələrlə qaldırıb, yenə də qaldırır: "Çox təəssüflər olsun ki, ermənilər Cənubi Qafqazda hələ də qeyri-konstruktiv mövqelərini davam etdirirlər, işğal altında olan Azərbaycan torpaqlarını azad etmək fikrində deyillər. Buna görə də bizim onlarla apardığımız danışıqlar hələ də effekt vermir. Düşünürəm ki, belə getsə, Azərbaycan hakimiyyəti öz gücünü digər vasitələrlə göstərəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə